2019-02-11 19:08:10   |   171 dəfə oxunub

"Minimum əməkhaqqının artırılması yoxsulluq həddini azaldacaq"



"Minimum əmək haqqının bu qədər artacağını heç kim gözləmirdi. Çünki indiyədək nə bizdə, nə hər hansı ölkədə birdəfəyə bu qədər artım görünməyib”

Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı-ekspert bildirib ki, bu artım qeyd edildiyi kimi 600 min nəfərin maaşının artmasına, eyni zamanda dolayı yolla orta əməkhaqqının və digər ödənişlərin artmasına səbəb olacaq:

"Məlum olduğu kimi bir çox ödənişlər minimum əməkhaqqı məbləğinin mislinə müvafiq olaraq hesablanır. Həm də minimum əməkhaqqı ehtiyac meyarından yüksək olmalıdır. Beləliklə ölkədə yoxsulluq həddi ilə bağlı göstəricilər də azalmış olacaq. 

Cənab Prezident dövlətin artan imkanlarından sosial rifahı yaxşılaşdırmaq üçün maksimum istifadə edir. Üstəlik öz ehtiyat fondundakı vəsaitlər də sosial və humanitar sahəyə yönəldilir. Prezident xalqa xidmət nümunəsi göstərir. Bu da dövlət başçısına xalqın etimadını daha da artırır”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-03-22