2019-02-11 19:22:41   |   197 dəfə oxunub

"Ermənistan ordusunda təşviş yaşanır" - Şərh



"Dağlıq Qarabağ münaqişəsi elə bir fazaya keçib ki, artıq güclü tərəf öz diktəsini edir”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Analitik bildirib ki, münaqişənin ədalətli həllini Azərbaycanda iqtisadi maraqları olan dünyanın ən aparıcı dövlətləri və beynəlxalq qurumları tələb edirlər:

"İndiyə qədər ağır iqtisadi vəziyyətdə yaşayan Ermənistan Rusiya və İranın birbaşa hərbi-iqtisadi dəstəyi ilə danışıqlarda balans yarada bilirdi. Bundan sonra regionda siyasi vəziyyətin sürətlə dəyişəcəyinin şahidi olacağıq. ABŞ-ın İrana qarşı basqılarını Rusiya və Çin durdurmaq gücündə deyil. Hətta Rusiyanın özü bu təzyiqlərə və embarqolara davam gətirə bilmir.

Qərbin başlıca planlarından biri Rusiya və İrandakı rejimləri devirərək bir-birini əvəz edən hakimiyyətlər formalaşdırmaqdır. Bu proseslər reallaşdığı anda primitiv və görüntü xarakteri daşıyan Ermənistan ordusu kifayət qədər güclü və uzun müddətli döyüşlər aparmaq qabiliyyətinə malik olan Azərbaycan ordusu ilə təkbaşına qala bilər”.

Politoloqun sözlərinə görə, Ermənistana çox yaxın olan Fransa öz qardaşlarını qurtarmaq üçün hərəkətə keçsə belə, Türkiyə və Pakistan faktoru daim bizim xeyrimizə olacaq:

"Əgər hərbi əməliyyatlar başlayarsa, ermənipərsət qüvvələr gözünü açana qədər biz öz işimizi görəcəyik. Bu səbəbdən də Ermənistan ordusunda bir təşviş yaşanır. Onlar da çox gözəl anlayırlar ki, "qonşuya ümid edən çıraqsız qalar”. Kaş ki, erməni xalqı zamanında bu tələyə düşməyəydi və uzun illərdir davam edən mənasız torpaq iddaları olmayaydı. Gec və ya tez işğalçı qüvvələr Qarabağdan çıxarılacaq”.

İsmayıl








SON XƏBƏRLƏR

2019-02-18