2019-02-11 21:19:39   |   140 dəfə oxunub

Gürcüstanda 22 nəfərin “donuz qripi”ndən ölməsi təsdiqlənib


Gürcüstanda builki qrip mövsümündə "donuz qripi” adlandırılan A (H1N1) virusundan 22 nəfər ölüb.

"Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə bildirib.

O deyib ki, ölkədə qripə yoluxma halları azalır: "Son məlumatlara əsasən, 100 min sakinə 186 yoluxma halı düşür. Yoluxmanın pik həddində bu göstərici 277 nəfər təşkil edib”.

A.Qamkrelidze qeyd edib ki, kəskin respirator xəstəliklərlə bağlı xəstəxanalara yerləşdirilmə hallarında da azalma qeydə alınıb: "Ötən həftə bu göstərici 21 faiz idisə, bu həftə artıq 18,2 faiz təşkil edir. Bu, onu göstərir ki, vəziyyət yaxşılığa doğru gedir”.




SON XƏBƏRLƏR

2019-04-21