2019-02-11 22:08:38   |   109 dəfə oxunub

İstanbulda helikopter qəzasında yaralanan hərbçilər dünyasını dəyişib



İstanbulda helikopter qəzasında yaralanann 4 hərbçi dünyasını dəyişib.
Trend-in məlumatına görə, bunu şəhərin qubernatoru Əli Yerlikaya deyib.

Faktla bağlı araşdırma aparılır.

21:10

İstanbulda hərbi helikopterin qəzaya uğraması nəticəsində yaralananların sayı 4-ə çatıb.

Trend-in məlumatına görə, bunu şəhərin qubernatoru Əli Yerlikaya deyib. Onun sözlərinə görə, bütün yaralananlar xəstəxanaya çatdırılıb.

21:02

İstanbulda hərbi helikopter qəzaya uğrayıb, ən azı bir hərbçi yaralanıb.

Trend-in məlumatına görə, qəza şəhərin Çəkməköy rayonunda baş verib. İlkin məlumatlara əsasən, helikopter texniki nasazlıqlara görə məcburi eniş edərkən qəzaya uğrayıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralanan hərbçi xəstəxanaya çatdırılıb.




SON XƏBƏRLƏR

2019-02-17