"Yuventus” "Arsenal”ın futbolçusu Aaron Remzinin transferini rəsmən açıqlayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, uelsi yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Sözləşmənin müddəti və detalları haqda məlumat verilməyib.
Remzi bu il iyulun 1-də - "Arsenal”la müqaviləsi başa çatdıqdan sonra Turin klubunun futbolçusu olacaq.
Qeyd edək ki, 2008-ci ildən London klubunda çıxış edən 28 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 22 oyuna 2 qol vurub, 6 məhsuldar ötürmə edib.