2019-02-12 14:12:17   |   118 dəfə oxunub

“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya təsdiq edildi


Milli Məclisdə "Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi məsələsi müzakirə edilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləcən plenar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra konvensiya təsdiq edilib.

Qeyd edək ki, 22 il sürən sistemli danışıqlardan sonra avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında "Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb.

Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.




SON XƏBƏRLƏR

2019-04-21