2019-02-12 14:48:13   |   176 dəfə oxunub

"Metro stansiyalarında qəzet satışının yenidən bərpası çox vacibdir" - Baş redaktor



"Paytaxt Bakının metro stansiyalarında qəzet satışının yenidən bərpası çox vacib məsələdir".

Bunu "Sherg.az"a "Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev deyib.

Onun sözlərinə görə, sözügedəın məkanda qəzet satışının yenidən təşkili həm qəzetlərin reklamı, həm də satılması baxımından önəmlidir:

"Məsələn, kimsə metro stansiyasında hər hansı tanışını 10 dəqiqə gözləyəndə boş dayanmamaq üçün bir qəzet alacaq. Metrodan istifadə edən hər 10 sərnişindən biri bir qəzet alarsa, bunun özü redaksiyalar üçün əməlli -başlı gəlir deməkdir. Əlbəttə, hər oxucu öz qəzetini alacaq. Ümumiyyətlə, tək metro stansiyalarında deyil, insanların sıx olduğu məkanlarda da bu satışı təşkil etmək olar. Məsələn, dünyanın əksər ölkəsində böyük market və restoran şəbəkələrində qəzet satışı təşkil edirlər. Restoranlar qəzetlərlə müqavilə bağlayırlar. 

Özləri qəzetləri alırlar və o qəzetləri öz daimi müştərilərinə pulsuz verirlər. Çox gözəl təcrübədir. Xaricdə olarkən böyük restoran və mehmanxanalarda dəfələrlə rast gəlmişəm. Oxunaqlı qəzetləri alırlar, o qəzetləri müştərilərin, turistlərin, qonaqların otaqlarına qoyurlar. Bunun özü də turizm sahəsinə bir xidmətdir. 

Hər hansı bir ölkəyə gələn turist o qəzeti oxuyub, həmin ölkənin gündəmi, burada gedən ictimai-siyasi və mədəni proseslərlə bağlı məlumat alır. Bu da çox yaxşı təcrübədir. Bu işdən həm qəzetlər udur, həm mehmanxana, həm də turist qazanır. 

Bu gün Azərbaycanda kifayət qədər mehmanxana var və onlar gündəlik gəlirlərindən 50 qəpik qəzetə ödəməklə heç nə itirmirlər. Təkcə metro ilə kifayətlənmək olmaz. Sadaladığım məsələlər reallaşarsa, maraqlı, oxunaqlı qəzetlərin vəziyyəti və ümumən nəticə daha ürəkaçan olar".

Ayyət Əhməd






SON XƏBƏRLƏR

2019-02-17