2019-02-12 15:14:42   |   127 dəfə oxunub

"Metroda və müxtəlif yerlərdə qəzetlərin səyyar satışı bərpa olunsa... " - Baş redaktor

Aydın Quliyev "....Çap mətbuat orqanları xərclərinin müəyyən bir hissəsini öz potensialları hesabına ödəyə bilərlər"


"İndiyə qədər ayrı-ayrı çıxışlarımızda, eləcə də Mətbuat Şurasının (MŞ)İdarə Heyyətində ötən gün baş tutan toplantıda metro stansiyalarında qəzet satışının bərpası məsələsini qaldırdıq".
Bu barədə "Sherg.az"a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

Baş yazar diqqətə çatdırıb ki, MŞ- da bu məsələni geniş müzakirə ediblər və bu üsulun tətbiqinin çap mətbuatının inkişafı üçün az da olsa, yeni imkanlar açacağını vurğulayıblar :

"Müvafiq dövlət orqanları üçün hazırlanan müraciətdə bu məsələnin öz əksini tapmasını qərarlaşdırdıq. Fikrimcə, Bakı şəhərində insanların çox olduğu, müxtəlif yerlərdə qəzetlərin satışının təşkili müsbət fayda verə bilər. Bu gün dövlətimiz çap mətbuatının inkişafı üçün iki geniş istiqamət müəyyən edib. Onlardan biri dövlətin çap mətbuatına gücləndirilmiş maliyyə dəstəyidir. Eyni zamanda çap media orqanlarının öz potensiallarını üzə çıxarma imkanlarının yaradılmasıdır.

İkinci istiqamətin reallaşmasının formalarından biri də qəzetlərin Bakı şəhərində insanların çox olduğu yerlərdə satışının bərpa olunmasıdır. Bir tərəfdən dövlət qəzetlərə maliyyə dəstəyi göstərir. O biri tərəfdən isə fəaliyyətini davam etdirəcək qəzetlərin öz imkanlarını səfərbərliyə alaraq dövlətin dəstəyi ilə öz imkanlarını birləşdirməsi nəzərdə tutulur. Bu iki istiqamət üzrə əlaqələndirmə qurmaq mümkün olsa, güman edirəm ki, qəzetlər özlərinin vəziyyətini xeyli dərəcədə yaxşılaşdıra bilərlər.

Əlbəttə, dövlətin dəstəyi ilə kifayətlənmək olmaz. Dövlətin dəstəyi qəzet xərclərinin heç də hamısını qarşılaya bilməz və yaxud da dövlətin dəstəyi əbədi davam edə bilməz. Qəzetlər xərclərinin müəyyən bir hissəsini öz potensialları hesabına ödəyə bilərlər. Həmin o potensialdan biri də insanların çox olduğu məkanlarda qəzetlərin səyyar satışının bərpa olunmasıdır. Yəni səyyar satış bərpa olunmalıdır. Qənaətimcə, müvafiq dövlət orqanları bu üsulun tətbiq olunmasına ciddi yanaşacaqlar".

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-02-17