2019-02-12 18:01:27   |   108 dəfə oxunub

Azərbaycanda hamilə qadın xəstəxanada öldü


Azərbaycanda hamilə qadın dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə Göyçay şəhərində baş verib. 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyeva xəstəxanada ölüb.

Səhiyyə Nazirliyindən Trend-ə bildiriblər ki, qadın qanaxma ilə xəstəxanaya çatdırılıb. İlkin ehtimala əsasən, qadının ölümünə də elə qanaxma səbəb olub.

Hazırda hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub, araşdırma aparılır.

Nazilikdən onu da deyiblər ki, N.Əliyeva bu günə qədər 4 hamiləlikdən 3 dəfə qeysəriyyə əməliyyatı keçirib.




SON XƏBƏRLƏR

2019-02-17