2019-02-12 19:14:33   |   150 dəfə oxunub

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib


Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bu barədə Trend Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, İstanbulda yaşayış binasının çökməsi və helikopter qəzası nəticəsində insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".




SON XƏBƏRLƏR

2019-04-21