2019-02-12 19:40:37   |   391 dəfə oxunub

Hüquq müdafiəçisi " “Şərq”i oxu” abunə kampaniyasına qoşuldu - Fotolar



" "Şərq”i oxu” adlı kampaniya çərçivəsində tanınmış ictimaiyyət nümayəndələrinin qəzetimizə dəstəyi davam edir. Artıq bir neçə gündür ki, cəmiyyətdə tanınan nüfuzlu şəxslər redaksiyamıza gələrək abunə marafonuna qoşulurlar. Redaksiyamıza təşrif buyuran bütün ziyalılar başda "Şərq” qəzeti olmaqla, ümumilikdə çap mətbuatının yaşaması üçün dəstək ifadə edirlər. "Şərq”in bugünki dəyərli qonaqlarından biri də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov oldu. Vaxtı kifayət qədər məhdud olmasına baxmayaraq, Ə.Şahidov "Şərq”ə dəstəyini bildirmək üçün redaksiyamıza gəlməyi və abunə kampaniyasına qoşulmağı özünə borc bildiyini söylədi.

Hüquq müdafiəçisini məmnunluqla qarşılayan baş redaktorumuz Akif Aşırlı "Şərq”in başlatdığı abunə kampaniyası və mövcud vəziyyətlə bağlı qonağımıza məlumat verdi. Eyni zamanda Əhməd Şahidova dəstəyindən dolayı öz təşəkkürünü bildirib.

Ə.Şahidov 23 illik köklü tarixə malik "Şərq” qəzetinə hər məqamda dəstək verməyə hazır olduğunu bildirib:

"Abunə kampaniyasına qoşulmağı özümə borc bilirəm. Çünki "Şərq” qəzetinin keçdiyi tarixi yol və fəaliyyəti hamıya bəllidir. "Şərq” milli qəzetdir və daim dövlətin, dövlətçiliyin, millətin yanında olub. Həmçinin, Akif müəllim də öz yaradıcılığı və dəyərli tarixi araşdırmaları ilə mətbuata öz töhvəsini verib və verməkdə davam edir. 

"Şərq” qəzetində maraqlı sosial araşdırmalar, cəmiyyəti maraqlandıran sorğular, maarifləndirici mövzular olur. Mən onları sevərək oxuyuram. Saytlardan isə daha çox informasiya əldə edirik, yəni, sosial mövzulara rast gəlmirik. Ona görə də "Şərq” qəzeti yaşamalıdır. Biz də bunun üçün əlimizdən gələni əsirgəməməliyik”.

Hüquq müdafiəçisi "Şərq”in nəzdində yaradılmış Mətbuat Tarixi Muzeyi və sərgilənən nadir eksponatlarla da tanış olub: 

"Belə dəyərli muzeyi ərsəyə gətirməklə çox böyük iş görmüsünüz. Sırf bu muzeyə görə hər kəs "Şərq”ə dəstək verməlidir. Çünki burada tarix yaratmısınız. "Şərq” demək mətbautın tarixi deməkdir”.




İsmayıl






SON XƏBƏRLƏR

2019-04-21