2019-02-12 21:26:34   |   118 dəfə oxunub

"Mərkəzi-Şərqi Azəri" layihəsi çərçivəsində ilk neft nə vaxt əldə olunacaq?


"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi layihəsinin bir hissəsi olan "Mərkəzi-Şərqi Azəri" layihəsi çərçivəsində ilk neft 2013-cü ildə əldə ediləcək.

Bu barədə Trend BP-nin D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinə istinadən məlumat verir.

Sənəddə qeyd olunur ki, hasilat, qazma və yaşayış modulu üçün ACE-PDQ platforması Mərkəzi Azəri və Şərqi Azəri platformaları arasında təqribən 137 metr dərinlikdə yerləşəcək. Daxili mədən boru kəməri ACE-PDQ platformasından hasil edilən neft və qazın AÇG-nin işlənməsinin ikinci fazası üçün mövcud neft-qaz ixrac boru kəmərinə nəqli məqsədilə quraşdırılacaq. Bundan başqa, CA-CWP platformasından (kompressiya və və su vurma) ACE-PDQ-yə injeksiya suyunun verilməsinə görə EA-PDQ və ACE-PDQ platformaları arasında su vurulması üçün boru kəməri quraşdırılacaq. EA-PDQ-dən ACE-PDQ-dək dənizin dibi ilə kombinasiya edilmiş qidalanma mənbəyi (əlavə qidalanmanın təmin edilməsi üçün) və sualtı telekommunikasiya kabeli çəkiləcək.

Bildirilir ki, "Mərkəzi-Şərqi Azəri" layihəsinin dəniz qurğuları sutkada 100 min barelədək neft (hasil edilən su qatılmış) və 350 milyon standart kub futa qədər qaz emalı üçün nəzərdə tutulub:

"Quruda inşaat meydançasında tikinti və istismara verilmə işlərinin böyük hissəsi, gözlənildiyi kimi, cari qrafikə uyğun olaraq 2019-cu ilin ortalarından 2020-ci ilin ortalarınadək aparılacaq. Həmçinin ilk neftin 2023-cü ildə hasil olunacağı gözlənilir".




SON XƏBƏRLƏR

2019-04-21