2019-02-15 18:43:46   |   203 dəfə oxunub

Əflatun Amaşov Akif Aşırlını təbrik etdi: "...Məktəb yaratmış baş redaktordur"



Bu gün Azərbaycan mətbuatında, elmində, ictimai-siyasi mühitində öz dəsti-xətti ilə seçilən, öz çəkisi və mövqeyi olan dostum, dəyərli ziyalı Akif Aşırlının doğum günüdür. 50 yaşı tamam olur.
Akif Aşırlı deyəndə heç şübhəsiz, ilk növbədə yada düşən "Şərq” qəzetidir. Akifin adı çəkiləndə neçə-neçə kitablar, elmi tədqiqatlar da göz önünə gəlir. 

"Sherg.az" xəbər verir ki, bunu Mətbuat Şurasının(MŞ) sədri, millət vəkili Əflatun Amaşov deyib. MŞ sədri qeyd edib ki, A.Aşırlının tarix üçün etdikləri haqqında ayrıca söz açılacaq, geniş danışılacaq mövzudur. Amma hesab edirəm ki, Akif Aşırlı imzasını Azərbaycanın ictimai rəyinə qazandıran jurnalistikadır, elə "Şərq”in özüdür.

Akif Aşırlı şərəfli və ləyaqətli simadır, jurnalistikada peşəkarlıq örnəyidir, məktəb yaratmış baş redaktordur. Akif Aşırlı eyni zamanda qayğıkeşdir, sadəqətlidir, prinsipialdır. Daxili təmizliyindən, saflığından irəli gələn çılğınlığı var.

50 yaşlı dostum əsl ideya adamıdır. Vətənpərvərliyini, doğma yurd-yuvasına, soykökünə bağlılığını yaradıcılıq müstəvisinə gətirməyi bacaran bütövlük nümunəsidir. Həm həssas yanaşmasına söykənən peşəkarlığına, həm də daxili keyfiyyətlərinə görə dostlarının, onu tanıyan hər kəsin sevimlisidir. Onu tanıyanlar və sevənlər isə əminəm ki, çoxdur.

Akif Aşırlını ürəkdən təbrik edirəm. Yaşadığı mənalı ömrü uzun olsun. Arzu edirəm ki, onu hər zaman sağlam və gümrah görək. 50 yaşının sevinc payı yeni yaradılıcıq uğurları da gətirsin. Nəcib əməllərə köklənmiş bu Vətən oğlunun uğurlarının davamlılığı ölkəmiz üçün faydalıdır.

50 yaşın mübarək, əziz dost!






SON XƏBƏRLƏR

2019-03-24