2019-02-15 19:11:13   |   151 dəfə oxunub

AXCP sədr müavini Məhəmməd Əsədullazadədən dəstək: "...Hər kəs “Şərq”in yanında olmalıdır"



"Şərq”i oxu” adlı kampaniya çərçivəsində tanınmış ictimaiyyət nümayəndələrinin qəzetimizə dəstəyi davam edir. 

Bir neçə gündür ki, cəmiyyətdə tanınan nüfuzlu şəxslər redaksiyamıza gələrək abunə marafonuna qoşulurlar. Redaksiyamıza təşrif buyuranlar başda "Şərq” qəzeti olmaqla, ümumilikdə çap mətbuatının yaşaması üçün dəstək ifadə edirlər.

"Şərq”in bugünki dəyərli qonaqlarından biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, tanınmış politoloq Məhəmməd Əsədullazadə oldu. 

Qonağı məmnunluqla qarşılayan baş redaktorumuz Akif Aşırlı verdiyi dəstəyə görə siyasi şərhçiyə öz minnətdarlığını bildirib. Redaksiyamıza təşrif buyuran partiya funksioneri "Şərq”ə hər zaman dəstək olmağa hazır olduğunu vurğuladı: 

" "Şərq” dövlət və dövlətçiliyin yanında olan bir qəzetdir. Çox rəngarəng mətbu orqandır. Hər gün ilk oxuduğum qəzetlərdən biri məhz "Şərq”dir. Düşünürəm ki, qəzetçiliyə, çap mediasına dəstək verən qiymət verən hər kəs "Şərq”in yanında olmalıdır. Onu da əlavə edim ki, AXCP rəyasət heyəti də abunə kampaniyasına  qoşulacaq". 

İsmayıl









SON XƏBƏRLƏR

2019-03-24