2019-02-15 19:24:10   |   140 dəfə oxunub

“Prezident bütün sahələrdə olduğu kimi təhsilə də xüsusi diqqət yetirir"



"Ali məktəb tələbələrinin təqaüdünün artırılması aparılan uğurlu islahatların tərkib hissəsidir”.

Bunu "Sherg.az”a açıqlamasında "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, Azərbaycan dövlətinin təhsilə verdiyi diqqət hər zaman çox böyük olub: 

"Prezident bütün sahələrdə olduğu kimi təhsilə də xüsusi diqqət yetirir. Xüsusən ali təhsil ocaqları ilə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirilir. Amma bilavasitə tələbələrin maddi durumunun yaxşılaşması ilə bağlı verilən Sərəncam hər bir Azərbaycan vətəndaşı tərəfindən təqdir edilir və məmnunluqla qarşılanır. Cənab Prezidentə təşəkkür edirik ki, əhalinin mühüm hissəsini təşkil edən tələbələrə xüsusi diqqət yetirir və qayğı göstərir. Bu, həm də Azərbaycan təhsilinə verilmiş çox böyük qiymət və dəyərdir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-03-24