2019-02-15 19:48:40   |   204 dəfə oxunub

Münhen görüşündə Məmmədyarov Paşinyan hökumətindən nə tələb edəcək ? - Aktual şərh



"Son zamanlar istər erməni baş nazir Paşinyan tərəfindən, istərsə də onun təmsil etdiyi partiya tərəfindən münaqişə ilə bağlı açıqlamaları göstərdi ki, İrəvan hökuməti problemin həlli istiqamətində yenidən qeyri-konstruktivliyə əl atır. Lakin istənilən halda danışıqlar davam etməlidir”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, dialoqlara ciddi yanaşmaq lazımdır:

 "Düşünürəm ki, Münhendə baş tutacaq xarici işlər nazirlərinin görüşündə Azərbaycan tərəfi Paşinyan hökumətindən münaqişə ilə bağlı mövqeyini qətiləşdirməyi tələb edəcək. Ermənistan münaqişənin həllini hansı yolla görürsə, bunu qəti şəkildə ifadə etməlidir. 

Əgər məsələyə bu rakursdan baxsaq, Münhen görüşünün əhəmiyyət kəsb etdiyini, hətta digər görüşlərdən daha vacib olduğunu söyləmək mümkündür. Məsələ burasındadır ki, münaqişənin həlli təkcə Azərbaycan və Ermənistanla bağlı deyil. Regionda marağı olan bir sıra dövlətlərin də problemə təsirini danmaq olmaz”.

Analitikin fikrincə, münaqişənin həllinə sistematik və hərətərəfli yanaşmalıyıq:

"İstər Emənistan, istərsə də regionda olan digər güclər başa düşməlidirlər ki, Cənubi Qafqaza sabitlik çox vacibdir. Bölgənin sabitliyi regiona yaxın dövlətlərin təhlükəsizliyi deməkdir. Onu da nəzərə alaq ki, müharibə istənilən an başlaya bilər. Bütün bunlara yol verməmək üçün Ermənistan münaqişənin həlli prosesində mütləq konsturktivlik nümayiş etdirməlidir. Əks təqdirdə vəziyyət dəyişə bilər”.

İsmayıl






SON XƏBƏRLƏR

2019-03-24