2019-02-15 20:59:01   |   188 dəfə oxunub

Bakıda naməlum avtomobil 20 yaşlı qızı vurub qaçdı



Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Nizami rayonu, Özbəkistan küçəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nərminə Rəsulova naməlum avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırmalara başlanıb.




SON XƏBƏRLƏR

2019-03-24