2019-02-15 21:19:12   |   193 dəfə oxunub

Bakı Mühəndislik Universitetinin müəllimindən mühüm elmi yenilik - FOTO



Bakı Mühəndislik Universitetinin kimya mühəndisliyi kafedrasının müdiri Yusif Abdullayevin dünyaca tanınmış Elsevier nəşriyyatına aid olan 4,5 impakt faktoru "Journal of Molecular Liquids” jurnalında elmi məqaləsi nəşrə qəbul olunub.

Azərbaycanlı alim "Experimental and computational study of metal-free Bronsted acidic ionic liquid catalyzed benzylic C(sp3)-H bond activation and C-N, C-C cross couplings” adlı məqaləsilə erməni alimi Andranik Petrosyan və onun tədqiqatçı yoldaşlarının Almaniya universitetlərindən birinin laboratoriyasında apardığı tədqiqatın nəticələrini alt-üst edib.

"Sherg.az" xəbər verir ki, məqalədə BMU-nun alimi çox əvəzli pirazinlərin sintezində mövcud üsullara alternativ olaraq ekoloji təmiz, atom ekonomik və qısa müddətli metod təklif edir. Bu metoddan istifadə etməklə BMU-nun tədqiqat laboratoriyasında optimallaşdırılma işləri aparılıb və məhsulun çıxımı artırılıb. Ağır və bahalı metal katalizatorunun alternativi kimi ucuz ion mayesi katalizatoru işlətməklə qısa müddətə solvent istifadə etmədən çoxəvəzli pirazinlərin alınması elmi yenilikdir.

Əslən erməni olan A. Petrosyan və onun tədqiqatçı yoldaşları aşağı impakt faktorlu "Tetraheron Vol” jurnalında nəşr etdiyi məqaləsində pirazinlərin alınmasına çoxmərhələli və çox bahalı katalizatorlardan istifadə edərək 18 saat sərf etdiyi halda, Yusif Abdullayevin tədqiqatında bu proses 1 saata başa çatıb.

Nəticədə, eyni məhsulun alınması istqamətində aparılan iki elmi tədqiqatı müqayisə etdikdə Azərbaycanlı alimlərin universitetin tədris laboratoriyasında apardıqları tədiqat qabiliyyətinin, təklif olunan qısa və səmərəli üsulun üstünlüyü açıq-aşkar görünür.

Qeyd edək ki, Pirazinlər və onların törəmələri tibbdə böyük əhəmiyyət kəsb edir. Bunlar bioloji aktivliyə malikdir, az toksik maddələr olduğu üçün farmakofor kimi istifadə edilir.

Ətraflı məlumat üçün bax:




SON XƏBƏRLƏR

2019-03-24