2019-02-16 01:07:53   |   258 dəfə oxunub

Avtobus gənc qadını vuraraq öldürdü


İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.



"Qafqazinfo" xəbər verir ki, bu saatlarda İsmayıllının mərkəzində şəhər daxili işləyən avtobus piyadanı vurub. Hələlik kimliyi bəlli olmayan gənc qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölən 1994-cü il təvəllüdlü İsmayıllı şəhər sakini, Bağıyeva Nərgiz Asif qızıdı. Gənc qızın İsmayıllı rayon mərkəzi xəstəxanasında işlədiyi bildirilir.




SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26