2019-02-16 01:18:52   |   286 dəfə oxunub

Roma imperatorunun maskası Bolqarıstanda tapılıb



Bolqarıstan arxeoloqları Varna şəhərində yerləşən Canavara arxeoloji sahəsində maska aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, tapıntının Roma imperatorunun üzünü ifadə edən VI əsrə aid maska olduğu ehtimal edilir. Regional arxeoloji muzeyin əməkdaşları bildiriblər ki, Bolqarıstan ərazisində birinci dəfədir ki, belə maskalar tapılır. Hazırda alimlər dəqiqliklə hansı imperatora məxsus olmasını aşkar etmək üçün maskanın üzərini tam bərpa etməyə çalışırlar. Bundan əlavə, arxeoloqlar ərazidə qədim su şəbəkə sistemləri də aşkar edib.




SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26