2019-02-16 01:22:59   |   97 dəfə oxunub

Çimərlikdə siqaret çəkmək qadağan edilir – Bir ilk

Layihənin əsas şüarı isə "Siqaretdən imtina et, təmiz dəniz havasını ciyərlərinə çək!"dir


 Ümumdünya Səhiyyə Təşkilatı İtaliyanın Səhiyyə Nazirliyi ilə birgə bir layihəyə start verilib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu layihə ilə İspaniyanın ən məşhur çimərliklərindən biri olan Bibionedə siqaret çəkmək qadağan edilir. Mayda qüvvəyə minəcək qərardan turistlərin məmnun olub-olmadığını öyrənmək üçün sorğu təşkil edilib. Bəlli olub ki, 2 min 293 turistdən 1729-u qüvvəyə minəcək qanun layihəsinin tərəfdarı olduğunu bildirib. Sorğuda iştirak edənlərin 1145 nəfəri isə siqaretin ümumiyyətlə qadağan edilməsinin tərəfdarı olduğunu söyləyib.

Qeyd edək ki, qanun layihəsində siqaret çəkmək üçün çimərlikdən 300-400 metr aralıqda xüsusi kabinetlərin ayrılacağı əksini tapıb.

Bu layihənin əsas şüarı isə "Siqaretdən imtina et, təmiz dəniz havasını ciyərlərinə çək!"dir.







SON XƏBƏRLƏR

2019-03-21
2019-03-20