2019-02-16 16:03:42   |   172 dəfə oxunub

“Azərbaycan və çeçen xalqları arasında çoxəsirlik dostluq və qardaşlıq münasibətləri mövcuddur” - Deputat



"Fevralın 15-də Moskva şəhərində azərbaycanlılarla çeçenlər arasında baş verən insidentə məişət zəminində baş verən bir hadisə kimi baxmaq lazımdır”.

Bunu "Sherg.az”a millət vəkili Rauf Əliyev deyib.

Parlamentari qeyd edib ki, Rusiya böyük əraziyə malik, çoxmillətli bir dövlətdir. Bu ölkədə belə hadisələr digər millətlərin nümayyəndələri arasında da baş verir:

"Azərbaycan və Çeçen xalqları arasında çoxəsirlik dostluq və qardaşlıq münasibətləri mövcuddur və son illərdə bu münasibətlər daha da inkişaf edir. Azərbaycanın Rusiya Fedrasiyasının subyektləri ilə o cümlədən Çeçenistan respubikası ilə sıx, hərtərəfli əlaqələri mövcuddur. 

Keçən ilin sonunda Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovun Azərbaycana səfəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüş və bu görüşdə iki respublika, iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədi əldə olunan razılaşmalar buna bariz mümunədir.

Ola bilər ki hansısa Azərbaycanı istəməyən qüvvələr bu insidentə milli münaqişə rəngi verməyə çalışacaqlar, ancaq əminliklə qeyd etmək olar ki, bu qüvvələr öz niyyətlərinə çatmayacaqlar”.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25