2019-02-16 17:31:42   |   180 dəfə oxunub

Çeçenistan İctimai Palatasının sədr müavini: Çeçenlər və azərbaycanlılar hər zaman yaxın olub və bir-birini dəstəkləyib



Moskvada baş vermiş insident kimi hadisələr azərbaycanlılarla çeçenlər arasında münasibətlərə təsir etməyəcək, çünki bu qardaş xalqlar çox yaxındır və hər zaman bir-birini dəstəkləyib.

Bunu Trend-ə Çeçenistan İctimai Palatasının sədr müavini, Rusiya Jurnalistlər İttifaqının üzvü İslam Saydayev deyib.

İ.Saydayev bildirib ki, onun tanıdığı bütün azərbaycanlılar və çeçenlər hadisəni pisləyir.

İnsidentin təxribat olduğunu vurğulayan İ.Saydayev əlavə edib ki, növbəti münaqişənin yaranmasında maraqlı olanlar çoxdur:

"Təxribatçılara uymaq lazım deyil. Hər iki diasporun nümayəndələri baş verən hadisələrə qiymət verərək birmənalı şəkildə bunu pisləyib. Mən uzun müddət Azərbaycanda yaşamışam, orada çoxlu dostlarım var. Mənim həmçinin Türkiyədə yaşayan azərbaycanlılar arasında çoxlu dostlarım var. Hesab edirəm ki, bu cür məişət zəminində hadisələr azərbaycanlı və çeçenlər arasında münasibətlərə ziyan vurmayacaq. Azərbaycanlılar və çeçenlər hər zaman bir-birini dəstəkləyib. Biz bundan sonra da dostluq və qarşılıqlı anlaşma mühitində yaşayacağıq”.

Qeyd edək ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həmin hadisəni şərh edərkən bildirib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz:

"Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxmışdır və nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevlə Çeçenistan Prezidenti Ramzan Kadırov arasında mövcud olan şəxsi dostluq münasibətləri, ötən ilin sonlarında keçirdikləri görüşdə səslənən fikirlər buna əyani sübutdur. Ümumiyyətlə, azərbaycanlılar bütün Qafqaz xalqları ilə əsrlər ərzində formalaşmış ortaq tarixini, dəyərlərini yüksək qiymətləndirir və həmişə qorumağa çalışır”.




SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25