2019-02-17 10:53:59   |   120 dəfə oxunub

Cəlilabadda çay daşdı: həyətləri su basıb


Cəlilabad rayonunda ötən gün yağan intensiv yağış çayın daşmasına səbəb olub.

"Report" xəbər verir ki, təbiət hadisəsi rayonun Sabirabad kəndində baş verib.

Belə ki, axşam saatlarında kənd yaxınlığından keçən Qarayar çayı məcrasından çıxaraq ətraf ərazilərdə olan evlərin həyət və zirzəmisini basıb. Çay suları həyətyanı təssərüfata da ziyan vurub, həmçinin kənd qəbiristanlığı da su altında qalıb.

Hazırda təbiət hadisənin nəticələri aradan qaldırılır və əraziyə texnikalar cəlb edilib.

Qeyd edək ki, əvvəllər də intensiv yağıntılar zamanı bu çay dəfələrlə daşıb.






SON XƏBƏRLƏR

2019-03-24