2019-02-17 12:26:56   |   139 dəfə oxunub

Donetsk separatçılarının tərəfində döyüşən Elvin Seyidov əsir düşdü


Ukraynanın şərqində, Donetsk separatçılarının tərəfində döyüşən Azərbaycan vətəndaşı əsir düşüb.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxs bir aya yaxındır separatçıların tərəfində döyüşdüyünü bildirib.

Əsir düşən şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən dindirilərkən kamera qarşısında özünü Elvin Seyidov kimi təqdim edib. Deyib ki, yanvarın 13-də Azərbaycandan Dağıstana gedib. Oradan isə döyüşmək üçün Donetskə göndərilib.

Bu şəxs separatçıların tərəfində döyüşməyə razılıq verməsini Rusiya pasportu almaq istəyi ilə əsaslandırıb. Bildirib ki, tez-tez qazanc dalınca Dağıstana gedir, amma Rusiya vətəndaşlığı olmadığı üçün ona çətindir. Və Donetskdə döyüşməyin əvəzində ona Rusiya vətəndaşlığı və ayda 1250 qriven verəcəklərini deyiblər. Lakin maaş almaq Seyidova nəsib olmayıb və ayın sonuna bir neçə gün qalmış onu əsir götürüblər.




SON XƏBƏRLƏR

2019-03-24