2019-02-17 12:39:47   |   144 dəfə oxunub

Qar zəncirvari qəzaya səbəb oldu


Bakı-Şamaxı-Yevlax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Zəncirvari qəza yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan "Ford" markalı maşın beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən təxliyə etməyə gələn evakuator hadisə yerində dayanan zaman, "Opel" və "Lada" markalı iki minik avtomobili arxadan ona çırpılıb. Nəticədə maşınların 4-dü də əzilib.

"Report” bildirir ki, qəza zamanı 1991-ci il təvəllüdlü Şəki rayon sakini Mirhəmədov Rövşən Hacı oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-03-24
2019-03-23