2019-02-17 12:54:45   |   271 dəfə oxunub

"Təxribata getmək olmaz" - Çeçenlərlə azərbaycanlılar arasına nifaq toxumu səpmək istəyənlər var

"Azərbaycan xalqı ilə çeçen xalqı tarix boyu dost və qardaşlıq əlaqələrinə malik olub". Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, çeçen xalqının milli azadlıq mübarizəsində Azərbaycan dost çeçenlərin yanında dayanıb, onları dəstəkləyib: 

"Çeçenlərlə Azərbaycanı birləşdirən əsas amal daima işğalçılara qarşı birgə mübarizədə bir yerdə olmalarıdır. Çeçen xalqının mübariz övladları Cövhər Dudayev, Yandarbayev, Aslan Məshədov daima Azərbaycanın dəstəyini hiss ediblər, Çeçenistanın 1990 -cı illərdə işğalçılara qarşı dirənişində, soyqırımında Bakı onlar üçün doğma şəhər idi. Həmçinin Qarabağ döyüşlərində Şamil Basayev öz qüvvələri ilə ermənilərə qarşı döyüşərək bizlərlə bir yerdə olub".

Analitikin sözlərinə görə, iki dost və müsəlman toplumu olan xalq arasında nifaq toxumu səpənlər daima fürsət gözləyirlər: 

"Azərbaycanlılar çeçenlərin böyük qardaşıdı və daima onların çətin günlərində, xoş günlərində yanında olub. Bu konfilikti yaradanlar təbii ki, Rusiyada bəzi qüvvələrdi. İki dost xalq Rusiyada bu kimi təxribata getməməlidir.
Azərbaycan və Çeçen rəhbərliyinin birbaşa müdaxilələri bu təxribatların qarşısını vaxtında almış oldu. Yoxsa, bu kütləvi şəkildə Rusiyada etnik münaqişəyə çevrilib, milli zəmində problemlərə yol aça bilərdi. Moskva baş verənlərdən Azərbaycan əleyhinə maksimum şantaj xarakterli siyasətə əl atacaqdı".

İsmayıl




SON XƏBƏRLƏR

2019-03-24