2019-02-17 13:07:06   |   309 dəfə oxunub

Rusiyada “şəhid kəməri” gəzdirənlərin saxlanılması xəbəri yalan çıxdı


Rusiyanın Surqut şəhərində üzərində "şəhid kəməri” olan terrorçu-kamikadzelərin saxlanılması ilə bağlı xəbər yalan çıxıb.

Lenta.ru saytının məlumatına görə, saxlanılan şəxslər "Yehova şahidləri” təşkilatının üzvləri olub.

Rusiya İstintaq Komitəsinin vilayət üzrə idarəsindən bildiriblər ki, əməliyyat zamanı təşkilatın ən fəal üzvləri tutulub.

Sekta üzvləri insanları ailələri və qohumları ilə əlaqəni kəsməyə çağırıblar. Yaxın zamanlarda onlara qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürüləcək.

Xatırladaq ki, bu günlərdə Surqut şəhərində üzərində "şəhid kəməri” və silah olar terrorçu-kamikadzelərin saxlanılmasını əks etdirən video yayılıb.




SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26