2019-02-17 13:32:00   |   317 dəfə oxunub

Yaponiya və Rusiya ərazi məsələsində vahid mövqeyə gələ bilmədi - Danışıqlar davam edəcək


Yaponiyanın xarici işlər naziri Taro Kono rusiyalı həmkarı Sergey Lavrovla Rusiyanın nəzarəti altında olan, lakin Yaponiyanın da iddia etdiyi adalarla bağlı vahid mövqeyə gələ bilməyib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, buna baxmayaraq, tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Bildirilir ki, T.Kono və S.Lavrov fevralın 16-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşüblər. Görüş təxminən 90 dəqiqə davam edib.

Rusiyalı nazir həmin adalar üzərində ölkəsinin suverenliyinin Yaponiya tərəfindən qəbul edilməsinin danışıqların əsas şərti olduğunu bildirib. Qeyd edib ki, adalar II Dünya müharibəsi nəticəsində Rusiya ərazisinin bir hissəsinə çevrilib.

T.Kono isə məsələ ilə bağlı Yaponiyanın mövqeyini bildirib.

Tərəflər arasında fikir müxtəlifliyinə baxmayaraq, danışıqların davam etdirilməsi barədə qərar qəbul olunub.

Görüşdə iki ölkənin nazir müavinlərinin danışıqları davam etdirməsi və bundan sonra T.Kono ilə müzakirələr aparmaq üçün S.Lavrovun Tokioya səfəri barədə razılığa gəlinib.

T.Kono jurnalistlərə bildirib ki, görüşdə kəskin və açıq fikir mübadiləsi aparılıb.




SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26