2019-02-17 14:24:16   |   517 dəfə oxunub

Firdovsi Umudov azərbaycanlılarla çeçenlər arasındakı insidentdən danışdı: "Dostluğumuza xələl gəlməyəcək" - Fotolar


"Son günlər Rusiyada bəzi qüvvələrin təxribatı nəticəsində həmvətənlərimizlə dost çeçen xalqının nümayəndələri arasında xoşagəlməz hallar baş verib və bu xeyli narahatllq doğurur".

Bu barədə "Sherg.az"a Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov fevralın 15-də Moskvadakı "Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, onilliklər boyu dost və qardaş münasibətində olan xalqlar arasında bu cür hallar qətiyyən yolverilməzdir: 

"Bu gün ölkəmizdə çeçen xalqının xeyli sayda nümayəndəsi yaşayır, sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi milliyyətcə çeçen olan Zəlimxan Hüseynovdur. 

Mütəmadi olaraq Çeçenistan idmançıları ilə birgə təlim-məşq toplantılarında iştirak etmişik və aramızda heç zaman fikir ayrılığı olmayıb. Bir neçə ay əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovla Bakıdakı görüşündə də xalqlarımız arasında hər zaman dost münasibətlərin olduğu bildirilib, dar gündə bir-birimizin yanında olmağımız xüsusi vurğulanıb. Baş verənləri hər birimiz dərin narahatlıq hissi ilə qarşılayır və Sizi təxribata uymamağa çağırırıq. Əminəm ki, hər şey ən qısa zamanda yoluna düşəcək və dostluğumuza heç zaman xələl gəlməyəcək".


Ayyət Əhməd 




SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25