2019-02-17 14:33:54   |   347 dəfə oxunub

Haiti qarışdı: “Rədd olsun amerikalılar, yaşasın Putin!”


Haitidə ABŞ-a qarşı etiraz aksiyası keçirilib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, etirazçılar ABŞ-dan imtina edilməsini istəyib və böhrandan çıxış yolu tapmaq üçün Moskva, Pekin və Karakasa müraciət ediblər.

"Biz əlaqələrin ABŞ-la birdəfəlik qoparılmasını elan etmək istəyirik. ABŞ işğalı artıq kifayətdir, artıq bu cür bacarmırıq”, - etirazçıların liderlərindən biri qeyd edib.

Etirazçılar paytaxtda ABŞ bayraqlarını yandıraraq ölkənin hazırkı və əvvəlki prezidentlərini Vaşinqtonun əlaltısı adlandırıblar.

"Amerikalılar rədd olsun, yaşasın Putin!”, - aksiyaçılar bu şüarla çıxış ediblər.




SON XƏBƏRLƏR

2019-03-24