2019-02-18 00:36:38   |   275 dəfə oxunub

"Sevgilim" içdilər: Musa Yaqub dirçəlib

Sabir Rüstəmxanlı: "Hansı görüş və ya hansı restoran bu məclisimizi əvəz edə və məni bu qədər sevindirə bilərdi..."

"Bu gün Yardımlıdan geri dönərkən qəfildən görkəmli şairimiz, əziz dostüm Musa Yaqubdan zəng gəldi. "Hardasan?" "Yardımlıdan qayıdıram" - dedim. "Mən də Bakıdayam. Görüşək." - dedi. Səsi saglam idi. Axşam evinə getdim. Qarşıma axsaya-axsaya, əli əsalı çıxdı".



Sherg.az xəbər verir ki, bu sözləri özünün Facebook səhifəsində xalq şairi Sabir Rüstəmxanlı  yazıb. Sabir bəy dostu Musa Yaqubla görüşünü belə qeyd edib:
"Sonuncu görüşümüzdən sonra xeyli dirçəlmişdi. Gülə-gülə "Şükür, yaxşısan, bu Əzrayıl müəllim, bilmir ki, şairləri bu həyatdan qoparmaq o qədər də asan deyil..." - dedim. Üz-üzə oturmuşduq.Gah mənə, gah əlindəki əsaya baxıb, "Görürsən də bu əsanı, o boyda meşələrin bizə hədiyyəsi..."- deyə gülümsədi. Bu acı bir həqiqətdir. "Deyirsən yəni bütün ömürü boyu gözəlliyindən yazdığımız o meşələrdən, o cökələrdən, o vələslərdən bizə çatan quruca bir budaqdır?" Fikrimi təsdiq edərək əsanı əlində oynada-oynada yenicə doğulan misralarını pıçıldayır...Söhbətimizin axırında "Bu boyda stajımızı batıra bilmərik" deyib asta- asta mətbəxə keçdi. Bir azdan Musa: "Sən bir bunun adına bax e!"- deyib "Sevgilim" şərabını masanın üstünə qoydu. Yanında da keçi pendiri... Vəssalam. Hansı görüş və ya hansı restoran bu məclisimizi əvəz edə və məni bu qədər sevindirə bilərdi..."

Turan




SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25