2019-02-18 02:41:26   |   352 dəfə oxunub

Orxan Gəncəbay “donuz qripi”nə yoluxub



Tanınmış türkiyəli müğənni Orxan Gəncəbayın həyat yoldaşı Sevim Emre ərinin H1N1 virusuna yoluxduğunu söyləyib.
Sevim Emre yerli mətbuata verdiyi açıqlamada Orxan Gəncəbayın ötən həftə özəl xəstəxanalardan birində bu qorxulu virusdan müalicə aldığını qeyd edib.

"Orxan Gəncəbay və mən H1N1 virusundan analiz verdik. Orxan bəy 4 dəfə təkrar analiz verdi və hamısında da "donuz qripi”nə yoluxduğu təsdiq olundu”.

O deyib ki, 1 həftəlik müalicədən sonra tanınmış müğənni evə buraxılıb və hazırda səhhətində heç bir problem yoxdur./Oxu.az/




SON XƏBƏRLƏR

2019-03-24
2019-03-23