2019-02-18 15:38:34   |   126 dəfə oxunub

Ermənistanın rusiyalı gəncləri təlimatlandıraraq Rusiyada inqilab etməsi ideyası absurddur

"İndiki şəraitdə Ermənistanın Rusiyaya qarşı hər hansı sərt addım atacağına inanmıram. Çünki düşmən ölkədə vəziyyət o həddə qədər gərginləşib ki, Rusiyanın hər hansısa sanksiyası katastrofik nəticələr doğura bilər”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Analitik bildirib ki, Paşinyan iqtidarı bunun fərqində olduğu üçün maksimum şəkildə ehtiyatlı addımlar atır: 

"Məsələn, Ermrənistanın indiki məqamda Suriyada humanitar missiya həyata keçirməsi heç də təsadüfi hal deyil. Paşinyan özünü Rusiyaya "sadiq” bir siyastçi kimi təqdim etməklə yerini möhkəmləndirməyə çalışır. O, başa düşür ki, ölkə iqtisadiyyatının 80 faizindən çoxuna Rusiyalı şirkətlər nəzarət edir. Rusiya əleyhinə atılacaq hər hansı irrasional addım Ermənistan iqtisadiyyatının iflic olması ilə nəticələnə bilər. Bir də Ermənistandakı siyasi proseslərə təkan verməklə Rusiyada inqilab etməyin məntiqini anlamaqda çətinlik çəkirəm. Dərindən yanaşsaq, heç Ermənistanda əsl "məxməri inqilab”ın baş vermədiyini deyə bilərik. Serj Sarkisyanın dövründəki Ermənistanla Paşinyanın Ermənistanı arasında siyasi sistem etibarilə heç bir fərq yoxdur. İkisi də avantürist və işğalçı təfəkkürə sahib diktatorlardır. Elə bil ki, Rusiyanın hansısa vilayətində rəhbərlik səviyyəsində dəyişiklik olub”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan hələ də Rusiyanın forpostudur: 

"Andrey İvanovun qeyd etdiyi tezisə bənzər "Stratfor”un 2019-cu il hesabatında oxşar məqamlar var idi. Orada qeyd olunurdu ki, cari il ərzində Ermənistan ərazisi ABŞ-ın Rusiyaya qarşı geosiyasi platsdarmı rolunu oynayacaq. Amma hazırkı reallıqlar bunun əksini deməyə əsas verir. Ən azından indiki şəraitdə Ermənistanın Moskvaya qarşı siyasətində kardinal dəyişikliyə gedəcəyi gözlənilmir”.

Qeyd edək ki, rusiyalı ekspert Andrey İvanov İrəvanda ABŞ maliyyəsi ilə dörd günlük "Rusiyada necə inqilab etməli?” kurslarının keçirildiyini deyib. Ekspertin fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyində iştirak etmiş fəalların Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı keçirdiyi kursları İrəvanın Moskvaya münasibətdə bədxahlığının təzahürü kimi qiymətləndirmək lazımdır: "Rusiyalı müxaliflər üçün seminarları ABŞ strukturları maliyyələşdirir və onlar Rusiyada vəziyyətin destabilizasiyasında maraqlıdır”. Lakin İvanov düşünür ki, Ermənistandakı bu kurslar Rusiyadakı siyasi vəziyyətə heç cür təsir edə bilməz”.

İsmayıl




SON XƏBƏRLƏR

2019-03-21
2019-03-20