2019-02-18 15:50:20   |   101 dəfə oxunub

Fərid Şahbazlı: "Təqaüdlərin artırılması Azərbaycan gənclərinin elm və təhsil sahəsinə olan marağının artmasına səbəb olacaq"

"Cənab Prezidentin tələblərin təqaüdlərinin artırılması ilə bağlı sərəncamı dövlətimizin təhsilə, elmə olan diqqət və qayğısının növbəti nümunəsidir”.

"Sherg.az” xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

O bildirib ki, prezidentin sərəncamı ölkəmizdə illərdir aparılan təhsil islahatlarının mühüm tərkib hissələrindən biridir:

"Ölkəmizin təhsil və elm olmadan inkişafını təsəvvür etmək mümkün deyil. Təqaüdlərin artırılması Azərbaycan gənclərinin elm və təhsil sahəsinə olan marağının artmasına, onların bu sahədə çalışmasına və böyük uğurlar, nailiyyətlər əldə etməsinə imkan yaradacaq. Təhsil sahəsi hər zaman prezidentin sosial siyasətinin əsas istiqamətlərindən biri olub. Növbəti sərəncamla bir daha sübut olundu ki, Azərbaycan dövləti və onun rəhbəri gələcəkdə gənclərimizi müasir dünyanın tələblərinə uyğun, hazırlıqlı, intellektual bir gənc kimi görmək arzusundadır. Bir gənc olaraq bunu alqışlayıram. Düşünürəm ki, prezidentin sərəncamı xüsusən də gənc alimlərin yetişməsinə mühüm töhfələr verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev doktorantların, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin artırılması haqqında sərəncam imzalayıb.

Yeganə Bayraamova




SON XƏBƏRLƏR

2019-03-21
2019-03-20