2019-02-18 18:07:18   |   184 dəfə oxunub

Ermənistanda aclıq edən məhbusların qohumları aksiya keçiriblər


Ermənistanın Nubaraşen cəzaçəkmə müəssisəsinin qarşısında aclıq edən məhbusların qohumları aksiya keçiriblər.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş tələb ediblər.

Onlar bu müəssisədəki şəraitin faşist düşərgələrini xatırlatdığını söyləyiblər.

Aksiya iştirakçılarından biri deyib ki, yüz məhbus aclıq aksiyasına başlamağa hazırlaşır: "Onlar bir günün 1,5 günlə əvəz olunmasınadək aksiyanı davam etdirəcəklər”.




SON XƏBƏRLƏR

2019-03-25