2019-02-18 18:26:30   |   218 dəfə oxunub

Deputat:"...Paşinyan hökuməti tamamilə başını itirib"



"Münhendə görüşün baş tutmaması bir sıra məqamlarla bağlıdır. Ermənistan müstəqil siyasət yürütmür”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Parlament üzvü bildirib ki, düşmən ölkənin rəhbərləri addım atmaq üçün kənardan, öz sahiblərindən tapşırıq gözləyirlər: 

"Çox güman ki, İrəvan hökumətinin əsl yiyələri tərəflərin təmasını məsləhət görməyiblər. Çünki bundan əvvəlki görüşlərdə xarici işlər nazirləri müəyyən konstruktiv mövqe sərgiləyiblər, nikbin açıqlamalar veriblər. İkinci məqam isə odur ki, Paşinyan və onun rəhbərlik etdiyi komanda nə Azərbaycanla görüşlərə, nə də belə görüşlərdə oturub normal müzakirələr aparmağa qadirdir. 

İrəvan hökuməti hələ hansı addım atacağını müəyyənləşdirə bilməyib. Verdikləri vədləri yerinə yetirmək gücündə olmayan Paşinyan hökuməti tamamilə başını itirib. Qərblə Rusiya arasında sıxışıb qalan Ermənistan kimin təlimatını yerinə yetirəcəyinə qərar verə bilmir”.

E.Məmmədov vurğulayıb ki, biz danışıqların baş tutması üçün heç kimə ağız açmaq fikrində deyilik: 

"Azərbaycan artıq elə bir hərbi və siyasi gücə, imkana malikdir ki, erməniləri sülhə məcbur edə bilər. Bunun iqtisadi formasını tətbiq etmişik və nəticəsini də görmüşük. Təcridetmə siyasətimiz Ermənistanı iqtisadi cəhətdən çökdürüb. Düşmən ölkə bütün regional və beynəlxalq layihələrdən kənarda qalıb. Digər təzyiq vasitəmiz isə mövcud hərbi gücümüzü işə salmaqdır. Ermənistan "aprel savaşında” hərbi qüdrətimizi gördü. 

Düşmənə bundan daha güclü zərbələr vurmaqla əraziləzirimizi işğaldan təmizləmələyik. O zaman hərbi gücümüzü görən ermənilər özləri bizimlə masa arxasına oturmaq üçün yalvaracaqlar. Hətta o zaman baş tutan danışıqların müsbət nəticəsi də olacaq. 

Çünki ermənilər elə bir millətdir ki, xoşluqla heç nə etmirlər. Uzun illərdir onlarda elə təsəvvür yaranıb ki, sanki qiyamətə qədər xarici havadarların himayəsində olacaqlar. Lakin vəziyyət dəyişməkdədir. Gün gələcək, Azərbaycan nə ermənilərə, nə də onların arxasındakı gücə məhəl qoyayacaq. Yəni yeganə yolumuz düşməni sülhə məcbur etməkdir”.

İsmayıl






SON XƏBƏRLƏR

2019-03-25