2019-02-18 20:24:36   |   137 dəfə oxunub

Boşanmalar daha çox harada qeydə alınıb? - Bakı ilk yerdə...


Keçən il Azərbaycanda 62 484 nikah və 14 857 boşanma halları qeydə alınıb.

"Sherg.az" xəbər verir ki,  əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Nikahlar Kəlbəcər-Laçın (əhalinin hər min nəfərinə 6,8), Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında (6,7), Bakı şəhərində (6,6), boşanmalar isə Bakı şəhərində (2,1), Kəlbəcər-Laçın (2,0), Abşeron və Yuxarı Qarabağ iqtisadi rayonlarında (1,8) ölkə səviyyəsindən yüksək olub.

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar veriblər.




SON XƏBƏRLƏR

2019-03-25