2019-02-19 12:08:01   |   191 dəfə oxunub

3 deputata yeni vəzifə həvalə olundu


Milli Məclisin bugünkü iclasında "Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında” sənəd müzakirəyə çıxarılıb.

"Sherg.az"ın məlumatına görə, müzakirələr nəticəsində Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilib.

Deputatlar Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılıb.

Komitə üzvlüyünə 3 deputatın - Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb və dəyişiklik qəbul olunub.

Anar




SON XƏBƏRLƏR

2019-03-24
2019-03-23