2019-02-19 12:54:40   |   164 dəfə oxunub

Deputat təcili bu qanunun qəbulunu istəyir: “İnhisarçılıq var...”



Parlamentin bugünkü iclasında deputat Fazil Mustafa Rəqabət Məcəlləsinin qəbul edilməsi təklifini verib.

"Sherg.az”ın xəbərinə görə, F.Mustafa deyib ki, cənab Prezidentin minimum əmək haqqını artırması ilə bağlı sərəncamı, başqa sosialyönümlü tədbirlər cəmiyyətdə müsbət əhval-ruhiyyə yaradır:

"Bunları insanlarımız müsbət qarşılayırlar. Biz də bu görülən işləri təbliğ etməliyik. Dünən ölkə başçısı Sumqayıta səfər etdi, orda zavod açıldı. Belə obyektlərin açılması işsizliyin aradan qaldırılmasında çox mühümdür. Amma görülən işlərlə yanaşı, sanki hansısa əllər bu işlərin genişləndirilməsinə mane olur. Dövlətdən asılı insanların sayının çox olması yaxşı hal deyil. Qeyri-neft sektoru elə inkişaf etməlidir ki, dövlətion yükü azalsın. Bu gün vətəndaşların alıcıq qabliyyəti çox aşağıdır. Bunun qarşısnı almaq üçün tədbirər görülməlidir”.

Deputat vurğulayıb ki, Azərbaycanda Rəqabət Məcəlləsi tez zamanda qəbul olunmalıdır:

"Problemlərdən biri haqsız rəqabət, inhisarçılıqla bağlıdır. Bunun aradan qaldırmaq lazımdır ki, təşəbbüskar insanlar pul qazana bilsinlər. Bu gün tikinti sektorunda vəziyyət də ürəkaçan deyil. Tikinti ilə bağlı ləngilmələr insanların kirayədə qalma vaxtını bir az da uzadır. Ölkə başçısına neqativ hallala bağlı informasiyaları çatdırmaq üçün mexanizm hazırlanmalıdır”.

Anar





SON XƏBƏRLƏR

2019-03-24
2019-03-23