2019-02-19 13:03:44   |   197 dəfə oxunub

Siyavuş Novruzov: “Müxalifət vaxtilə büdcəyə süpürgə çəkirdi, talamaqla məşğul idilər”



Parlamentin bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov Azərbaycan hökumətinin atdığı addımları ayrı-ayrı şəxslərin, məkrli niyyəti olan insanların öz adlarına çıxmaq cəhdlərindən gileylənib.

Sherg.az-ın xəbərinə görə, millət vəkili deyib ki, dünən müxalifət nümayəndələrindən biri internet kanallarında çıxış edərək fevralın 23-nə mitinq təyin etdiklərini bəyan edib:

"O çıxışında deyir ki, yanvarın 19-da mitinq keçirildi, nəticə olaraq hökumət pensiyaları, minimum əmək haqqlarını artırdı və digər addımlar atıldı. Onlar bunu öz düşüncələri çərçivəsində izah edirlər. Xalqı aldatmaq və onlardan istifadə etmək üçün bu addımı atırlar. Amma yada salmaq lazımdır ki, cənab Prezident İlham Əliyev ötən il keçirilən prezident seçkilərində bəyan etmişdi ki, islahatlar həyata keçiriləcək. Bu işlər mərhələli şəkildə həyata keçirilir. İslahat addımları göydən düşmür ki? Biz ötən il 2019-cu ilin dövlət büdcəsini müzakirə edən zaman bunlar nəzərə alınmışdı. Müxalifət mitinqi yanvarda keçirdi, artımların olması isə ötən ilin noyabrında nəzərdə tutulmuşdu. Bunlar büdcə sənədində əkisini tapmışdı. Hansı ki, büdcənin də icrası fevraldan həyata keçirilir. Nə qədər düşüncəsizdirlər ki, insanları ərtaflarına yığmaq, sosial baza forlamalaşdırmaq üçün ölkə başçısının atdığı addımları öz adlarına çıxırlar”.

S.Novruzov deyib ki, bu müxalif düşərgənin naşılığından irəli gəlir:

"Vaxtilə onlar büdcəyə süpürgə çəkirdilər, talamaqla məşğul idilər. Bu gün ölkənin büdcəsi xalqın maraqlarına xidmət edir. Onların söylədiklərinin heç bir əsası yoxdur”.

Anar





SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26