2019-02-19 13:14:37   |   286 dəfə oxunub

9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq

"Azərbaycanda pensiyanın minimum həcmi 116 manat idi. Hətta 80 manatdan da aşağı müavinət alan insanlar var idi. "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər 233 min nəfərin pensiyasında hiss olunacaq dəyişikliyə gətirib çıxaracaq”.

Sherg.az xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq: "Bütövlükdə isə böyük bir qrup pensiyaçıların pensiyası 38.5 faiz civarında artır. Bunun üçün bu li 41 milyon vəsait nəzərdə tutulub. Belə addımlar mütəmadi atılacaq. Deputatlar görüşlər keçirərkən bu rəqəmlərdən istifadə etməlidirlər”.
Anar




SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25