2019-02-19 13:22:38   |   156 dəfə oxunub

Səttar Möhbalıyev sərt danışdı: “Kor gözləri ilə görsünlər ki, ölkəmiz necə sürətlə inkişaf edir”



Milli Məclisin bu gün keçirilən iclasında deputat Səttar Möhbalıyev bəzi müxalifət nümayəndələrinin Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd etdiyini deyib.

Sherg.az-ın məlumatına görə, millət vəkili bildirib ki, onlar sosial şəbəkələrdə çirkin işlərlə məşğuldurlar:

"Təhqirlər səsləndirirlər, ölkə başıçısından tutmuş bütün məmurları, deputatları təhqir edirlər. Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, azərbaycanlı olan şəxs digər azərbaycanlı haqqında belə təhqiramiz ifadələr səsləndirsin. Həmin söyüşlər, təhqirlər onların özlərinə və ailələrinə aiddir. Ölkə Prezidenti cənab İlham Əliyev bir çox işlər görüb, hər il yüz minlərlə iş yerləri yaradılır. Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Bəlkə kor gözləri ilə görsünlər ki, ölkəmiz necə sürətlə inkişaf edir. Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik”.

Anar





SON XƏBƏRLƏR

2019-03-24