2019-02-19 14:17:01   |   184 dəfə oxunub

Hamı istəyir ki, bayram öncəsi artıq pul yığsın

Qiymət artımının qarşısını almağın yeganə yolu bazar iqtisadiyyatında sağlam rəqabəti formalaşdırmaqdır

"Əgər bu gün Azərbaycana hansısa ədviyyatı gətirən 1 şirkət varsa, həmin şirkət qiymətləri baha edəcək. Bir də var ki, bu şirkətlərin sayı 15-20-yə çatır. Bu zaman bazara eyni qəbildən məhsullar çox daxil olur və rəqab



Novruzun gəlməsinə sayılı günlər qalıb. Bayram yaxınlaşdıqca ölkə bazarında süni qiymət artımının olacağı ehtimalı da az deyil. Satıcılar səbəb olaraq tələbatın çoxluğunu əsas gətirsələr də, məhsulların necə deyərlər, od qiymətə olması heç də xoşagələn deyil.

Bu günlərdə millət vəkili Əli Məsimli də bayramqabağı qiymətlərin artması ilə bağlı məsələyə toxunub. Deputat bildirib ki, bir sıra işbazlar bayram günlərindən istifadə edərək süni qiymət artımına nail olmağa çalışacaqlar: "Novruz bayramı ərəfəsində süni qiymət artımı gözlənilir”.
İqtisadiyyat naziri Şahin Mustafayev isə Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artırılmasının müşahidə olunmadığını deyib.

Ölkədə çörəyin bahalaşıb-bahalaşmayacağı barədə danışan nazir vurğulayıb ki, çörəyin qiymətinin dəyişməsi gözlənilmir: "Azərbaycanda çörək istehsalı üçün istifadə olunan taxılın bir hissəsi idxal olunur. Taxıl idxal etdiyimiz ölkələrdən bəzilərində bu məhsul bahalaşıb ki, bu da Azərbaycanda qiymətlərdə əks oluna bilər. Amma biz tədbirlər görürük ki, qiymətlərdə artım olmasın.
Dövlət qiymətlərin süni artırılması faktlarının qarşısının alınması üçün zəruri tədbirlər görür. Bazarda payı 35 faiz təşkil edən idxalatçılar və istehsalçılar dövlətin nəzarətindədir və onlar icazəsiz qiymətləri dəyişə bilməzlər.

İqtisadçı-ekspert Fuad İbrahimovun "Şərq”ə açıqlamasına görə, qiymət artımının qarşısını almağın yeganə yolu bazar iqtisadiyyatında sağlam rəqabəti formalaşdırmaqdır: 

"Bazar iqtisadiyyatının xüsusi tələbləri var. Bu tələblərdən biri də onun özəl sektora heç bir təsir göstərə bilməməsidir. Söhbət hansısa sahibkarın məhsulu satış dövriyyəsinə çıxartdığı an onun qiyməti müəyyənləşdirməsindən gedir. Belə olduğu halda sahibkarın qoyduğu qiymətə kənardan müdaxilə oluna bilməz. Məsələn, yanacağın qiyməti yalnız dövlət tərəfindən müəyyənləşir. Amma elə özəl sektorlar var ki, ora müdaxilə etmək mümkün deyil. 

Yalnız Azərbaycanda deyil, ümumiyyətlə bütün ölkələrdə belə hallar var. İnanın ki, bu dəqiqə Parisə də getsək, bu halla qarşılaşarıq. Yarmarkalarda bayram öncəsi qiymətlər müəyyən qədər artır. Bunun qarşısını sivil və şəffaf şəkildə almağın tək yolu rəqabət mühitinin çoxşaxəli olmasıdır. Əgər bu gün Azərbaycana hansısa ədviyyatı gətirən 1 şirkət varsa, həmin şirkət qiymətləri baha edəcək ki, bayram öncəsi artıq pul yığsın. Bir də var ki, bu şirkətlərin sayı 15 -20-yə çatır. Bu zaman bazara eyni qəbildən məhsullar çox daxil olur və rəqabət yaranır. Belə olanda hamı çalışacaq ki, öz məhsulunu satsın. Onda qiymətlərin aşağı düşməsi müşahidə olunacaq”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-03-24