2019-02-21 13:18:38   |   278 dəfə oxunub

“ “Milli Şura” adlı amorf qurumun başında duranlar tükəndiklərinin fərqindədirlər”



"Milli Şura adlı amorf qurumun başında duranlar özlərinin tükəndiklərinin fərqindədirlər. Həm də lap çoxdan. Ona görə də, ölkədə mövcud olan media azadlığından sui-istifadə edib ictimai rəylə manipulyasıyaya üstünlük verirlər”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Ekspert bildirib ki, onlar bu yolla ictimaiyyəti çaşdıra biləcəklərini zənn edirlər: 

"Adamlar hətta o qədər reallıq hissini itiriblər ki, hakimiyyətin uğurlarını etiraf etmək yerinə, onları öz adlarına çıxmağa çalışırlar. İddia edirlər ki, biz məsələ qaldırmasaydıq, filan problem həll edilməzdi. Sanki Azərbaycan hakimiyyəti oturub bunların tənqidini gözləyir ki, nəsə addım atsın. Halbuki, özləri də yaxşı anlayır, hər kəs də bilir ki, Prezident İlham Əliyev nəyi necə etməyi bu bir ovuc müxalifətçidən daha yaxşı bilir. Adamlar sadəcə özlərini ictimai rəydə tuta bilmək üçün bu cür boş iddialara qapılırlar”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-03-21
2019-03-20