2019-02-21 13:27:19   |   137 dəfə oxunub

Müxalifətin 23 fevral mitinqinə niyə icazə verilməyib ? - Səbəblər açıqlandı



Yanvarın 19 da müxalifətin keçirdiyi mitinqdə ictimai asayişin pozulması, mitinq iştirakçılarının nəqliyyatın hərəkətinə maneçilik törətməsi, asayiş keşikçilərinə qarşı sərt davranış və onların qanuni tələblərinə müqavimət göstərilməsi faktlarının araşdırılması hələ başa çatmayıb.

"Sherg.az" xəbər verir ki, mitinqin təşkilatçıları belə halların təkrarlanmayacağı barədə üzərlərinə heç.bir məsuliyyət götürmürlər və bunda maraqlı deyillər.

Belə olan halda BŞİH hər hansı kütləvi tədbirin keçirilməsini məqsədəuyğun hesab etmir və hüquq mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləməyi məqsədəuyğun besab edir.

Həmçinin mitinqin təşkiçatçıları hər hansı qanun pozuntusuna yol verilməyəcəyi və aksiyanın idarə olunacağı barədə üzərlərinə öhdəlik götürməlidirlər.




SON XƏBƏRLƏR

2019-03-21
2019-03-20