2019-02-21 13:59:42   |   214 dəfə oxunub

“Trampın bu qərarı Türkiyənin Rusiya ilə yaxınlaşmasına və Suriya siyasətinə qarşıdır” – ŞƏRH




ABŞ prezidenti Türkiyəyə qarşı yeni nəsil F-35 təyyarələrinin satışının dayandırlması barədə sərəncam imzalayıb. Türkiyə rəhbərliyi müdafiə naziri Hülusi Akarı bununla bağlı təcili Vaşinqtona danışıqlar üçün göndərib. Lakin ekspertlərə görə, Akarın ABŞ yetkililəri ilə danışıqları fonunda məsələnin müsbət həll ediləcəyi ehtimalı azdır.

Mövzunu "Sherg.az”a dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, əgər Amerika Suriyada YPG terror təşkilatına dəstəyi dayandırsaydı və Ankara ilə əlaqələri davam etdirsəydi, bu gün Ankara-Moskva əlaqələrinin yüksək səviyyədə olmasından söhbət gedə bilməzdi: 

"Baş verənlərin əsas səbəbi Vaşinqtonun anti-Türkiyə siyasəti ilə bağlıdır. Trampın Sərəncamı iki ölkə arasında müttəfiq əlaqələrinin qırılmasını inkişaf etdirəcək. Bundan əlavə, Ankara-Moskva strateji tərəfdaşlığının inkişafına zəmin yaradacaq. Baş verənlər fonunda belə qənaət formalaşır ki, ABŞ Türkiyəni özü Rusiyanın yanına itələyir ki, Ankaraya qarşı sərt siyasi-iqtisadi və hərbi-texniki sanksiyalar tətbiq edərək onu zəiflətsin. Burada əsas hədəf Ərdoğan hakimiyyətini zəiflətməkdir”.

Ekspert vurğulayıb ki, Vaşinqton Türkiyəyə digər silah növlərinin satışına da qadağa gətirir: "Təbii ki, ABŞ-ın bu qərarı Türkiyənin Rusiya ilə yaxınlaşmasına və Suriyadakı qərarlı siyasətinə qarşıdır. Ankara ilə Vaşinqton arasında "Patriot" raketlərinin alışı barədə danışıqlar aparılsa da, müsbət həllini tapmayıb. Ona görə ki, bu raketləri baha qiymətə təklif edir, həmçinin birgə istehsal məsələsində Vaşinqton razılaşmır. Türkiyə Rusiyanın "S-400” raketlərinə həm ucuz olması, həm də gələcəkdə Türkiyədə birgə istehsal zavodunun tikiləcəyi üçün meyl edir. Türkiyənin Rusiya ilə yaxınlaşması və ABŞ-ın Türkiyəyə qarşı silah satışına sansksiya tətbiq etməsi, iki ölkənin müttəfiqliyinin defakto sonlanması kimi qiymətləndirmək olar”.

Analitik əlavə edib ki, bu gün Putin Rusiyası ilə Ərdoğan Türkiyəsi strateji tərəfdaşdır: 

"Hazırda Rusiyanın Türkiyə qədər yüksək əlaqələrə malik olduğu ikinci ölkə yoxdur. Putin Yaxın Şərqdə ABŞ qarşı Türkiyə-Rusiya və İran üçbucaqğı formalaşdırmağa nail olub. Gedən siyasi proseslər fonunda Suirya üzrə siyasətdə Türkiyə Putinin siyasi mövqeyini dəstəkləmiş olacaq. Bu siyasət Suriyanın rəhbərliyi ilə danışıqların bərpasından keçir. Türkiyə Dəməşqlə yaxınlaşmasqala YPG-nin Suriyada fəaliyyətinin qarşısını almağı planlaya bilər. Ərdoğan Rusiya ilə yaxınlaşmaqla Qərb qarşısında manevr imkanlarını genişləndirməklə, yanaşı regionda geosiyasi dəyişikliyə imza atır”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25