2019-02-21 14:35:46   |   130 dəfə oxunub

Vitse-spiker növbədənkənar parlament seçkiləri iddialarına cavab verdi: "Buna zərurət yoxdur"


Ölkədə 2020-ci il parlament seçkilərinin vaxtının dəyişdirilməsinə, onun irəli çəkilməsinə ehtiyac görmürəm. Buna zərurət yoxdur.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov növbəti parlament seçkilərinin vaxtının irəli çəkiləcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Z.Əsgərovun sözlərinə görə, Azərbaycanda seçkilərin keçiriləcəyi tarixlər (2024-2025-ci illərdəki bələdiyyə, prezident və parlament seçkiləri nəzərdə tutulur - red.) üst-üstə düşmür:

"Bunlar Seçki Məcəlləsi ilə tənzimlənir. İddialar başqa, qanunvericilik başqa şeydir”.




SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25