2019-02-21 15:16:57   |   151 dəfə oxunub

Qubada suya düşən ekskavator sürücüsünün meyiti tapıldı - FOTO


Fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi ərazisində - Vəlvələçayda aparılan qazıntı zamanı ekskavatorun aşması nəticəsində suya düşən sürücünün meyiti tapılıb.

Oxu.Az-ın məlumatına görə, dalğıc-axtarış qruplarının həyata keçirdikləri axtarış işləri nəticəsində 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun meyiti sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.




SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25