2019-02-21 16:44:14   |   219 dəfə oxunub

“Radikal müxalifət Azərbaycanda sabitliyi pozmağa çalışır”



"Radikal müxalifətin əsas məqsədi havadarların pullarını xərcləyərək Azərbaycanda qarşıdurma yaratmaqdır. Amma bütün cəhdləri uğursuz olacaq. Çünki elektoratları yoxdur”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi Anar İmanov deyib.

Ekspert bildirib ki, həmin qüvvələrə inananlar qalmayıb:

 "Təfəkkür eyni, üsullar dəyişməz, dalbadal yaşanan fiasko, müxalifətin durumu budur. Anti-Azərbaycan qüvvələrin sifarişlərini yorulmadan həyata keçirən, bir-birinə belə hörmət etməyən müxalifəti qanunlar maraqlandırmır, onları sadəcə qarşıdurmalar maraqlandırır. Radikal müxalifət Azərbaycanda sabitliyi pozmağa çalışır. 

Sonuncu mitinqdə ictimai asayiş pozulub, bir qrup aksiya iştirakçısı nəqliyyatın hərəkətinə maneçilik törədib, asayiş keşikçilərin qanuni tələblərinə müqavimət göstərilib və bir çox qanun pozuntusu törədilib. Bu faktlar göstərir ki, radikal müxalifət üçün mitinq siyasi mübarizə sayılmır. Mitinqlər kiçik, orta və böyük təxribatlara, qanun pozuntularına, ictimai asayişin pozulmasına hesablanıb. 

Hər mitinqdə bunlar baş verir. Maraqlıdır ki, radikal müxalifətin nümayəndələri bu təxribatların məsuliyyətini öz üzərinə götürmürlər və onların davam etməmələrinə heç bir zəmanət vermirlər. Əlbəttə, əgər mitinqlər radikal müxalifət üçün bir qazanc mənbəyidirsə, əsas odur ki, aksiya baş tutsun. Başqa məsələlər heç kimi maraqlandırmır”.

Analitikin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının mövqeyi qanuna uyğundur və əgər mitinqə icazə verilmirsə, günah radikal müxalifətin özündədir: 

"Araşdırmanın başa çatmasını gözləmək lazımdır. Bundan sonra radikal müxalifət daha məsuliyətli olub, təxribatlara, qanun pozuntularına yol verməməlidir. Azərbaycan hüquqi dövlətdir. Amma bu o demək deyil ki, sən bundan sui-istifadə edib, havadarların pulu, əmri ilə ölkədə əhalini narahat edəcək, qarşıdurma yaradacaq”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-03-21